İstədiyim məhsulu necə tapa bilərəm?

İstədiyiniz məhsulu tapmaq üçün sizə bir neçə seçənək təklif olunur.
Axtarış Formu: Əgər məhsulun adını vəya adının bir hissəsini, hər hansı bir xususiyyətini vəya onun bir hissəsini, istehsalçı firmanın ona verdiyi məhsul kodunu vəya onun bir hissəsini bilirsinizsə Saytımızın sağ-üst hissəsindəki axtarış formuna yazaraq "Axtar" düyməsinə basın.
Kategoriyalar: Axtardığınız məhsulun hansı kategoriyaya (noutbook, modem vs.) daxil olduğunu bilirsinizsə Saytımızın "Əsas Səhifə"siniz sol hissəsində yerləşən müvafiq kateqoriyaya gələrək məhsulu axtarın. Artıq gəldiyiniz bu səhifənin sağ tərəfindəki "Süzgəc"i istifadə edərək məhsulları İstehsalçı firmaya, Qiymət aralıqlarına görə sayılarını azalda bilər vəya yenə sol tərəfdən başqa kateqoriya seçə bilərsiniz.
Səhifələmə: Axtarışla vəya Kategoriyalar vasitəsi ilə gəldiyiniz məhsulların sayı bir səhifəyə yerləşməyəcək qədər çoxdursa biz bunları siz daha asan görə biləsiniz deyə səhifələdik. Digər səhifələrə keçmək üçün sıralanan məhsulların sonundaki müvafiq səhifə nömrələrinə klikləyin.

Məhsullar haqqında daha çox məlumatı necə əldə edə bilərəm?

Axtarışda tapdığınız məhsul haqqında daha ətraflı məlumat almaq üçün məhsulun adına vəya kiçik ölçülü şəklinə klikləyin. Burada siz, varsa məhsulun digər şəkillərini, geniş formada xususiyyətlərini, qiymətini və onlayn ödəmə ilə sizə təklif olunan qiymətini görəcəksiniz. Məhsul haqqında daha ətraflı məlumat almaq üçün bizimlə təmasa keçin. Səhifənin orta-aşağı hissəsidə məhsul haqqında digər istifadəçilərin verdiyi şərhləri görə bilərsiniz. İstərsəniz burada öz şərhinizi də göndərə bilərsiniz.

Bəyəndiyim məhsulu (məhsulları) necə ala bilərəm?

Almaq istədiyiniz məhsulları almaq üçün öncə onları səbətə əlavə etməlisiniz. Səbətinizdə məhsulun göndərilməsi üçün ünvan seçə vəya yeni ünvan əlavə edə bilərsiniz.Məhsulları və göndərilmə ünvanını dəqiqləşdirdikdən sonra siz "Səbət" səhifəsinin aşağı hissəsindəki Ödəmə seçənəkləri ilə qarşılaşacaqsınız. Burada seçiminizi edərək ödəmə əməliyyatına keçə bilərsiniz. Ödəmə əməliyyatından sonra sifarişinizin göndərilməsi haqqında məlumatı "Şəxsi kabinet"-də, "Sifarişlər" səhifəsindən görə bilərsiniz.

Səbət necə istifadə olunur?

Səbətinizi görmək üçün saytımızın yuxarı sağ tərəfindəki səbət qutusunu istifadə edin.Səyfədə bəyəndiyiniz məhsulun uzərində olan "Səbət" düyməsinə klikəməklə,məhsulu səbətə əlavə edə bilərsiz. Səbətə getdikdən sonra siz burada istəmədiyiniz məhsulları səbətdən çıxarmaq üçün keçidlər görəcəksiniz.Əgər istifadəçi məhsul alışını şəxsi hesabin daxil olmadan təsdiq edərsə, sizə Giriş vəya Qeydiyyat forması təklif olunacaq.

Məhsula yazılmış şərhləri necə oxumaq olar? Özüm necə şərh yaza bilərəm?

Məhsul səhifəsinin aşağı hissəsində "Rəy" bölməsi də təklif olunur. Bu bölmədə siz məhsula daha əvvəl yazılmış şərhləri oxuya, "Göndər" düyməsinə basaraq öz şərhinizi əlavə edə və məhsula qiymət verə bilərsiniz.

Necə giriş edə bilərəm?

İstifadəçi girişi etmək üçün saytımızın yuxarı üst hissəsindəki "Daxil ol" keçidini istifadə edin.Əgər qeydiyatdan keçməmisinizsə səyfənin sağında yerləşən qeydiyyat düyməsini klikləyin. Burada siz Qeydiyatdan keçdiyiniz e-mail ünvanınızı və parolunuzu daxil etməlisiniz. Bunlardan hər hansı birini yanlış daxil etsəniz girişiniz rədd olunacaq. E-mail adresinizi unudmusunuzsa "Daxil ol" səyfəsində "Şifrə unudulub" keçidini istifadə edərək,e-mail ünvanınızı daxil edin,sizin qeydiyatda göstərilən elektron ünvanınıza bərpa linki göndəriləcək.Linkdən keçməklə yeni şifrə daxil edib hesabınıza daxil ola bilərsiz.

Necə Qeydiyyatdan keçə bilərəm?

Qeydiyyatdan keçmək üçün sizin e-mail adresiniz olmalıdır. Saytımızın sağ-üst hissəsindəki "Qeydiyyat" keçidinə klikləyərək qarşınıza çıxan formu doldurun. Formda sizdən adınız, e-mail adresiniz, parolunuz (ehtiyat üçün təkrar parolunuz), ünvanınız vs. məlumatlar soruşulacaq. Bu məlumatlar tam və doğru doldurduqdan sonra "Qeydiyyat" düyməsinə klikləyin. Göstərdiyiniz e-mail adresinə doğrulama keçidi göndəriləcək. Bu keçid ilə biz e-mail adresiniz məhs sizə aid olduğunu doğrulayırıq. E-mail adresinizə gedərək sizə göndərilən doğrulama keçidinə kliklədikdən sonra siz sayta giriş edə biləcəksiniz. Bundan sonra sadəcə e-mail adresinizi və parolunuzu göstərərək istifadəçi girişi edə bilərsiniz

Parolumu unudmuşam, nə etməliyəm?

Təəssüf ki biz də sizin parolu bilmirik.
Sizin parolunuz təhlükəsizlik məqsədi ilə sistemimizdə şifrələnərək saxlanılır. Giriş zamanı siz parolu daxil etdiyiniz vaxt göstərdiyiniz parol eyni usulla şifrələnərək sistemimizdəki şifrələnmiş parolla tutuşdurulur və bu zaman sizin doğru parol girib girmədiyiniz müəyyənləşdirilir.
Buna gorə sizə sadəcə parolu yenidən təyin etmə imkanı veririk. Bunun üçün bizə qeydiyyatda göstərdiyiniz e-mail adresini "Parol Sıfırlama" səhifəsində daxil etməlisiniz. Sizin e-mail adresinizə keçid göndəriləcək. Bu keçidə klikləyərək gəldiyiniz səhifədə artıq özünüzə yeni parol daxil etməlisiniz. Əlavə vaxt itkisinə səbəb olmamağı üçün parolunuzu yaddan çıxarmayın.

Ünvan məlumatlarımı necə idarə edə bilərəm?

İstifadəçi girişi etdikdən sonra Saytımızın sağ-üst hissəndə adınızı görəcəksiniz. Bu bir keçiddir. Bu keçidlə siz öz məlumatlarınızı idarə edə bilərsiniz. "Ünvan" bölməsində yeni ünvan əlavə etmək, daha əvvəl əlavə olunmuş ünvanları düzəltmək vəya silmək üçün keçidlər var.

Sifarişlərimi necə izləyə bilərəm?

Sifarişlərinizi izləmək üçün şəxsi hesabınıza daxil olaraq, "Sifarişlər" bölməsindən istifadə edə bilərsiniz. Bu səhifədə siz bütün sifarişlərinizi görürsünüz. Sifariş Nömrəsi, Sifariş Vaziyyəti, Məbləğ, Məhsullar, Çatdırılma ünvanı vs kimi məlumatlar burada görünür.

Yaxşı parolu necə seçərəm?

Yaxşı parol unudulmayan olmalıdır və heçkəs onu təxmin edə bilməməlidir. Mümkündürsə sadəcə hərflərdən vəya rəqəmlərdən ibarət olmamalıdır, digər simvollarla yanaşı böyük kiçik hərflər də istifadə edilməlidir və 14 simvoldan az olmamalıdır.
Bu üsul sizə parol seçimində kömək edə bilər.

Nə etməli? Nümunə
Bir vəya iki cümlə götürün
Tövsiyə : Sizin üçün mənası olan təqribən 10 kəliməli cümlə fikirləşin
"Uzun və qarışıq parolların etibarlı olduğunu bilirəm. Bunu yadımdan çıxarmayacağam." (10 kəlimə)
Cümlənizi hərflərə çevirin
Tövsiyə : Hər kəlimənin ikl hərfini istifadə edin
uvqpeobbyç (10 simvol)
Qarışdırın
Tövsiyə : Saitləri böyük hərfə çevirin
UvqpEObbyç (10 simvol)
Rəqəmlər əlavə edin
Tövsiyə : İki mənalı cümlə arasına iki rəqəm əlavə edin
UvqpEO56bbyç (12 simvol)
Durğu işarələri əlavə edin
Tövsiyə : Başlanğıca bir durğu işarəsi əlavə edin
?UvqpEO56bbyç (13 simvol)
Simvol əlavə edin
Tövsiyə : Sonuna bir simvol əlavə edin
?UvqpEO56bbyç@@ (14 simvol)
Virtual aləmdə cinayətkarlar parolunuzu təxmin etmək üçün çoxlu metodlar hazırlayır. Buna görə
Lüğətdə yer alan kəlimələr istifadə etməyin : Bütün dillərdəki kəlimələr etibarsız paroldur.
Tərsdən yazılmış, çoxlarının yanlış tələffüs etdiyi kəlimələrdən və qısaltmaradan istifadə etməyin.
Sıralı vəya təkrar olunan simvollardan istifadə etməyin : 1234567, abababab, qwerty kimi parollar asan sındırıla biləndir.
Şəxsi məlumatınızı parol olaraq seçməyin : Ad gününüz, adınız kimi məlumatlar başqalarına da məlum ola bilər.

Çatdırılma

Gün ərzində
 

Hədiyyələr

Hədiyyəli məhsullar
 

012 498 18 98

Bizimlə əlaqə
 

Online Chat

Bizimlə canlı əlaqə